Netflix "Lupin" serialının final sezonunu tanıtmaq üçün lüks brendlərin afişalarını təqlid edərək yeni kampaniya hazırlayıb.
Belə ki, Netflix Fransanın müxtəlif bölgələrində Rolex, Chanel, Hermès, Cartier, Celine və Tiffany & Co kimi dəbdəbəli brendlərin reklamlarını təqlid edərək maraqlı posterlər təqdim etdi. Bu afişalarda müvafiq markaların loqoları və brend estetikası da yer alıb.
İlk baxışdan dəbdəbəli brendlərin afişalarına bənzəyən kampaniyalarda məhsulların yox, aşılanmış dəridə zinət əşyalarının qoyduğu bəzi izlər var. Yoldan keçənlərin marağına səbəb olan bu izlərin əsas məqsədi isə serialda oğru Arsen Lupin xarakterini yansıtmaqdır.
Netflixin marketinq direktoru Aline Bonnetin açıqlaması isə belədir: ✨
- Bir TV seriya kampaniyasına başladığımız zaman əsas hədəfimiz brend yaratmaqdır.
0 Comments