Kreativ Marketinq Strategiyası!


KFC-dən McDonald's-a Yeni Göndərmə!

Bu yaxınlarda McDonald's tərəfindən təqdim olunan Chicken Big Maca KFC öz ləzzətini vurğulayaraq maraqlı bir tərzdə meydan oxudu.

Belə ki, KFC ''Fixed It'' başlığından istifadə edərək Big Mac toyuqlarını iki xırtıldayan KFC toyuq filesi ilə əvəz edib Chicken Big Mac-i "düzəltmək" mesajı ilə yumoristik kampaniya başlatdı.

Kampaniya Twitter, Instagram, TikTok və Facebook-da McDonald's-ın rəsmi tviti ilə eyni dəqiqələrdə başladı və KFC ''Budur, biz bunu düzəltdik" başlığı ilə foto paylaşdı.

McDonald's "Mükəmməl bir şeyi düzəltməyə ehtiyac yoxdur" cavabı da çox gecikmədi.

Qazanan isə, şübhəsiz ki, hər 2 tərəf oldu!

Post a Comment

0 Comments