Praktiki olaraq ilk "Outdoor Marketing" Təcrübəm!Liv Bona Dea Hospital marketinq komandası olaraq hazırladığımız reklam kampaniyalarını sizə təqdim edirəm.
Rəqəmsal dünya insanları nə qədər də cəzb etsə də, fikrimcə, ''outdoor marketing'' reklamları hələ də öz aktuallığını qoruyub saxlayır, çünki insanlar daima hərəkətdədir və yolda gördükləri mesajlar, rənglər, maraqlı görüntülər onların diqqətini cəlb etmək potensialına malikdir.
Bu prosesə rəqəmsal reklam təzyiqinin də biraz təsiri var, adicə Instagram və Youtube platformasından istifadə edərkən qarşımıza çıxan fasiləsiz reklamları buraya aid edə bilərik, halbuki bir neçə il öncə qarşımıza çıxan reklamların sıxlığı daha az idi.
Bütün oxşar proseslər isə ənənəvi marketinq kampaniyalarının yenidən gündəm olmasına təkan verə bilər, bir sözlə, darıxmışıq.
#outdoormarketing #livbonadeahospital
0 Comments