Starbucks | Marketinq Strategiyası


Starbucks yalnız qəhvə şəbəkəsi deyil, həm də bir bankdır!

Bəli, bu bir zarafat deyil, gəlin bu prosesə daha ətraflı nəzər yetirək.

Starbucks tətbiqində hesabınıza pul əlavə edirsiniz və bu pulu qəhvə almaq üçün istifadə etdiyiniz zaman mükafat, həmçinin əlavə bonuslar qazanırsınız.

Hal-hazırda bütün dünyada Starbucks hesablarında cəmi 1,5 milyard 💵 vəsait var.

Şirkət yalnız qəhvə satmır, həm də tətbiqindən investisiya yatırmaq üçün istifadə edir.

Fərz edin ki, hər dəfə tətbiqdəki hesabınıza pul daxil etdiyiniz zaman həmin bu məbləği Starbucks 0 %-lə borc verirsiniz.

Bəs tətbiqin ən böyük özəlliyi nədir?

Hesabınızdakı pul nağd olaraq yalnız kofe alışı üçün çıxarıla bilir və buna görə də, Starbucks digər banklar üçün məcburi olan bütün maliyyə qaydalarından yan keçir.

Əgər 1,5 milyard dolların böyük məbləğ olmadığını düşünürsünüzsə, məlumat üçün qeyd edim ki, ABŞ-dakı bankların 85%-dən çoxunun aktivləri 1 milyard dollardan azdır.

Bu strategiyanı tətbiq edən şəxs isə Howard Schultz-dur.

#starbucks #marketingstrategy #marketingcampaign

Post a Comment

0 Comments