Choose Your Side!

 


#socialmediaefficiency

Sosial mediada bunları etməyin:

- Davamlı olaraq neqativ və mənfi təəssürat yaradan şərhlər yazmayın, çünki həyat düşündüyümüzdən daha qısadır.

- Saxta hesablardan kiminsə ünvanına aşağılayıcı və ya təhqir mesajları yazmayın, zənn edirsiniz ki, onsuz da real olaraq kim olduğumu bilməyəcək, lakin özünüzün bundan xəbərdar olması ən böyük fəlakətdir.

- Zamanınızı daha faydalı və sizi inkişaf etdirəcək məzmunlara xərcləyin. Əyləncə xarakterli məzmunları vərdiş halına gətirməkdənsə, bu zamanı hər hansısa bir dil öyrənmək və ya faydalı məlumatlar əldə etməyə sərf etmək olar.

- Müasir sosial media axtarış vasitələrini öz lehinizə çevirin. Qiymət baxımından dodaq uçurdan kurslara getməkdənsə, Youtube və onlayn tədris platformalarından bilik və bacarıqlarınızı təkmilləşdirin. Unutmayın ki, sizi öyrədəcək şəxslər də bu prosesi öyrənərək keçiblər.

Sosial medianın həyatımızın ayrılmaz bir parçasına çevrilməsinə baxmayaraq, bizim öhdəliyimizə düşən bu tempə uyğunlaşmaq və fürsəti şansa çevirməkdir.

#socialmedia #socailmediamarketing

Post a Comment

0 Comments