Nestle Marketing Strategy



Bu marketinq strategiyası qısa bir müddətdə şirkətin sosial media hesabında inqilabi dəyişiklik istəyən şəxslərə həsr olunur.

Nescafe Yaponiya bazarına necə inteqrasiya oldu ?

2-ci dünya müharibəsindən sonra böyük şirkətlər Yaponiya bazarına daxil olmaq üçün mübarizə aparırdılar, eyni zamanda bu siyahıya ''Nestle'' brendinin ən önəmli məhsullarından biri olan ''Nescafe'' də daxil idi.

İşin problemli tərəfi ondan ibarət idi ki, yaponlar çaysevər xalq olduqlarına görə qəhvə məhsullarının satılması mümkünsüz bir hala gəlmişdi, çünki onlar çay məhsullarına dəyər verirdilər və çayı başqa bir içki ilə əvəz etmək istəmirdilər.

Bəs ''Nescafe'' çıxış yolunu necə tapdı ?

- Qəhvə ətirli konfetlər istehsal etdilər;
- Yaponiyada uşaqlara satdılar.

Məqsəd isə uşaqları kiçik yaşlarından bu ləzzətə öyrəşdirmək, qəhvə dadını şüuraltı olaraq onların yaddaşına həkk etmək idi.

Nəticə necə oldu ?

- Uşaqlar böyüdükcə qəhvəni müsbət emosiyalarla əlaqələndirməyə başladılar;
- Nescafe qəhvə bazarını ələ keçirməyə başladı.

Son olaraq isə sırf kontent üzərindən sosial media hesabları üçün zaman ala biləcək əsas mövzuları qeyd edirəm:

- Məqsədlərin müəyyənləşdirilməsi;
- Hədəf auditoriyasının müəyyən edilməsi;
- Rəqib şirkətlərin analizi;
- Açar sözlərin müəyyən edilməsi;
- Paylaşım cədvəlinin hazırlanması;
- Paylaşım kanalların seçilməsi və ona uyğun məzmun hazırlanması;
- Hazırlanan kontentin nəzərdən keçirilməsi.

Post a Comment

0 Comments