Personal Social Selling Index

 


İlk öncə ''Social Selling Index'' terminini izah etməyə və hansı göstəricilər əsasında profilinizə uyğun olaraq statistik göstəricilər təqdim etdiyini nümayiş etdirəcəm.

Social Selling Index - Qısaca desək, şəxsi brendinizə, paylaşımlarınıza verilən reaksiyalara, aid olduğunuz sektora uyğun şəxslərlə əlaqələrin qurulmasına, Linkedində aktivliyinizə və profilinizin inkişafına görə ölçülən statistik göstəricilərin faizlə ifadəsidir.

Bu statistik göstərici hər biri 25 bal üzərindən olmaqla 4 kateqoriya üzrə bölünür:

1. Establish your professional brand - Birbaşa olaraq şəxsi brendinizi necə təmsil etdiyini nümayiş etdirir, verilən təsdiqlər, tövsiyə məktubları, dərc etdiyiniz məqalələr və buna oxşar digər amillərin də buraya təsiri var.

2. Find the right people - Paylaşdığınız və təmsil etdiyiniz məzmuna uyğun olaraq uyğun şəxslərlə əlaqələrin qurulmasının faizlə ifadəsidir.

3. Engage with insights - Paylaşımlarınıza verilən reaksiyalar (bəyənmələr, şərhlər, təkrar paylaşımlar) ilə ölçülür, həmçinin mesaj bölməsində olan aktivlik də bu faiz dərəcəsini artıra bilər.

4. Build Relationships - Bu faiz göstəricisi isə potensial şəxslərlə əlaqələrin qurulması, göndərilən bağlantı təklifinin qəbul və ya imtina edilməsi, neçə profilə baxdığınız və aktivliyinizin statistik göstəricisidir.

Linkedin profilinizin SSI göstəricilərini yoxlamaq üçün yerləşdirdiyim linkə keçid edə bilərsiniz:
https://lnkd.in/dsXvCVDx

Şəxsi Linkedin hesabımın göstəriciləri:

Current Social Index - 72%
Top Industry SSI Rank - 1%
Top Network SSI Rank - 1%

Əlavə olaraq qeyd edim ki, fotoda tam mərkəzdə gördüyünüz ''Current Social Selling Index''-inizin rəqəm göstəricisi artdıqca ''Industry SSI'' və ''Network SSI'' əmsalının faizlə göstəricisi azalaraq profilinizin cari vəziyyətdəki yerini və inkişafını nümayiş etdirir.

Post a Comment

0 Comments