Hungry Copywriter Wanted...

 


Kontent, Kopiraytinq və söz yazarlığı ilə məşğul olan şəxslərə qarşı bu sözləri istifadə etməyin!

''Mətndi də, mən də yazaram!"

Əmək bazarında bu sözlərə daha çox frilans görülən işlər zamanı rast gəlinsə də, müşahidələrimə əsasən daimi və ya normal iş mühitində də heç az rast gəlinmir.

Əgər sizin üçün mətn və ya kontent yaratmaq çox asan bir işdirsə, bu sözlərinizin qarşılığında tutarlı bir kontent təklifi verərək dediyiniz sözü təsdiqləyə bilərsiniz, əks təqdirdə, əgər kontent təklifiniz yoxdursa, görülən işlərə hörmət edin.

Mətn və ya kontent yaratmaq qıraqdan nə qədər asan görünsə də, əslində bir o qədər də dərin və diqqət tələb edən bir prosesdir.

Bir kontentin ərsəyə gəlməsi üçün saatlarla çalışıb, fasiləsiz olaraq ideyalarla savaşmaq varkən qıraqdan deyilən bir söz bütün motivasiyani alt-üst edərək effektivliyi aşağı sala bilər, şübhəsiz ki, bu situasiya şəxsin psixoloji xarakterindən də asılıdır.

Digər bir problem isə müştəri tərəfindən sonsuz sayda edilən müdaxilələrin olmasıdır, bu problemin yaranma səbəbi isə müştərilərin şəxsi düşüncələrini kontentdə əks etdirmək istəyinə görə qaynaqlanır.

Sözə qiymət vermək bu qədər çətin olmamalıdır.

Post a Comment

0 Comments