Sorğu (survey) nədir ❓




Son zamanlar Linkedin platformasında qeyri-ciddi və nəticəsi mahiyyət daşımayan anketlər tez-tez qarşıma çıxır, bu səbəbdən bu mövzuda post paylaşmaq qərarına gəldim.

Sorğu - Bir mövzu üzərindən istiqamətlənərək şəxslər və ya qruplar üzərindən onların duyğu, hiss və düşüncələrini anlamaq üçün əvvəlcədən müəyyən olunmuş bir ''plana'' görə hazırlanmış sual anketidir. 

Plan sözünün dırnaq içərisində yazılmasının səbəbi odur ki, sorğunun əsas məntiqi əvvəlcədən plana uyğun hazırlanan strategiyalardır və sorğunun mahiyyəti gələn cavablara əsasən kankret bir analiz hazırlamaqdır. 

Düzgün sorğu hazırlamaq üçün hansı faktorlar önəmlidir❓

- Etibarlı mənbələrdən istifadə etmək;

- Öncə sorğunun məqsədini, daha sonra cavablayan şəxslərin hiss və davranışlarını proqnazlaşdırmaq;

- Sorğunun yekun cavablarına uyğun əvvəlcədən analiz aparmaq;
 
- Əldə olunan məlumatların düzgün istifadəsi;

- Sorğunun uzunluğuna diqqət yetirmək, cavablayan şəxsin isə zamanına qənaət etmək amili;

- Sorğu paylaşılmadan öncə onu sınaq etmək, cavablara əsasən səhvlərə düzəliş edib yekun sual siyahısı tərtib etmək.

Sorğu bitdikdən sonra isə araşdırmaçı verilən cavabları analiz edərək əldə etdiyi məlumatları təklif formasında təqdim etməlidir.

Fikrimcə, ''HR haqlıdır yoxsa iş axtaran❓'', ''Qırmızı rəngi sevirsininiz yoxsa sarı❓'' bu tip sorğular heç bir mahiyyət daşımır və platformanın istifadəsinə uyğun deyildir.

Post a Comment

0 Comments