Marketinq nədir ❓ Cavabı Domino's Pizza-dan gəlsin...


2018-ci ildə ABŞ-da Domino's Pizza tərəfindən həyata keçirilən “Paving for Pizza” adlı maraqlı bir marketinq kampaniyası bir anda bütün dünyada səs-soraq yaratdı.

Kampaniyanın başladılma səbəbi:

ABŞ-da pizza sifariş verən insanların pizzanın təhlükəsiz, həmçinin tez çatdırılması ilə bağlı narahatçılıqları var idi, çünki yoldakı çuxurlar və dağıntılar bu prosesi gecikdirirdi.

Bu çuxurlar sayəsində pizzalar qutuda dağılırdı və müştərilər pizzanın görünüşünə görə narazılıq bildirirdilər.

Domino's Pizza-nın burada əsas məqsədi kampaniyanın sosial media kanallarında viral olaraq yayılması və gündəmi ələ keçirməsi idi.

Bunun üçün Dominos Pizza hansı addımı atdı ❓

- Belə ki, onlar, "www.pavingforpizza.com" adlı bir sayt yaratdılar və müştərilər ABŞ-da çuxurlu və dağıntılı yolların fotosunu çəkərək bu sayta yerləşdirirdilər.

Kampaniyanın sloqanı isə çox cəlbedici idi: "Bir çuxurun mükəmməl pizzanı məhv etməsinə icazə verməyin''.

Kampaniyanın nəticəsi olaraq, mövzu ilə əlaqəli 54000-dən çox sosial media paylaşımı qeydə alındı, bütün dünyaya viral olaraq yayıldı, ən azı 20 şəhərdə yol təmiri həyata keçirildi.




Post a Comment

0 Comments