Marketinq həm də həyatımızın bir parçasıdır: Game of Thrones-dan incilər...

 


Marketinq həm də həyatımızın bir parçasıdır...

Bu yazımda sizlərə məşhur "Game of Thrones" serialının necə uğurlu bir marketinq strategiyası həyata keçirdiyini nümayiş etdirəcəm.

Belə ki, Blinkbox adlı TV yayım şirkəti "Game of Thrones" serialının 3-cü sezonun başlamasına az qalmış maraqlı bir addım atdı.

Onlar, İngiltərədə Dorset adlı bir sahil ərazidə əjdaha skeleti yerləşdilər. Bu vizual isə təbii olaraq görənlərin diqqətini cəlb etdi və bir anda məşhurlaşdı.

Təqdim olunan statistikalara əsasən bu görüntü 250-yə yaxın TV,media kanallarında yayımlandı və "Game of Thrones" serialının Blinkbox’ta yayımlandığı gün gəlirlər 6.3 dəfə artdı.

Marketinq deyəndə bir şirkətin xidmət və ya malın alqı-satqısını təşviq etmək üçün həyata keçirdiyi fəaliyyətlər toplusu başa düşülsə də, əslində bu termin həyatımızın hər anında qarşımıza çıxır.




Post a Comment

0 Comments