"La Casa De Papel", digər adla "Money Heist"...



Netflixdə yayımlanan və gəlirlərinə görə statistikaları alt-üst edən "La Casa De Papel" bunu necə bacardı❓

Serialın uğurla olmasının əsas səbəblərindən biri izləyicilər və personajlar arasında xarakter bağının qurulması idi.

Belə ki, onlar hər personaja xas olan xarakter xüsusiyyətlərini ön plana çıxardaraq dünyanın ən məşhur şəhər adlarından istifadə etdilər:

- Tokyo, Rio, Berlin, Nairobi, Denver və.s

Bəs "La Casa De Papel" serialında hansı marketinq strategiyalarından istifadə olundu❓

1️⃣ "Money Heist"-in sadəcə bir soyğun deyil, həm də üsyan hekayəsi yaratması;

2️⃣ İtalyan protestolarını təmsil edən "Bella ciao" musiqisini ön plana çıxararaq emosional marketinq strategiyasından istifadə etmək;

3️⃣ Serialın 3-cü sezonun başlamasına az qalmış Fransada regional gündəlik qəzetlərini hack edərək soyğun zamanı istifadə olunan maskaları nümayiş etdirmək;

4️⃣ Hadisələrin gedişatında xalqın içindən olan insanların üsyanını, edilən haqsızlıqlara qarşı etirazını ön plana çıxararaq düzgün hədəf auditoriyasına ithaf etmələri və.s

P.S Serialın bir anda dünya üzrə trend olmasının əsas səbəblərindən biri də izləyicilərə emosional cəhətdən təsir edərək düzgün şəkildə qurulmuş marketinq strategiyası idi.






Post a Comment

2 Comments

  1. maraqlısı odur ki, bu senarini düşünən beynin həqiqətən də realda belə bir soyğun planlaya bilməsidir

    ReplyDelete
    Replies
    1. Həqiqətən də elədir, şərhiniz üçün təşəkkür edirəm.

      Delete