Domino's Pizza-dan qeyri-adi marketinq strategiyası...

 


Xidmət göstərdiyi sektorda dünya brendlərindən biri olan Domino's Pizza Rusiyada yaşayan şəxslər üçün maraqlı bir reklam kampaniyası təqdim etdi.

Belə ki, Domino's Pizza loqosunu bədənininə döymə etdirən insanlar üçün pizzanın ömürlük olaraq pulsuz olacağı vədi verildi.

Reklam kampaniyasının əsas şərti isə şirkətə məxsus olan loqonun döyməsi olan fotonu sosial media hesabında paylaşmaq idi.

"The Moscow Times" nəşrinin məlumatlarına əsasən kampaniya 2018-ci il 31 avqust tarixindən oktyabr ayının 31-nə qədər qüvvədə qalacaqdı, lakin şirkət 5 gündən sonra bu reklam kampaniyasına son verdi.

Daha sonra kampaniyanın şərti dəyişilərək ilk 350-ə şamil olunacağı bildirildi, səbəbi isə qısa zaman ərzində Domino's Pizza loqosunu döymə etdirən şəxslərin həddindən artıq çox olması idi.

Bu reklam kampaniyasından sonra şirkət sosial mediada gündəm olmağı bacardı və viral marketinq üsulu bütün dünyada səs-soraq yaratdı.





Post a Comment

0 Comments