''Buzz'' və ''Guerilla'' marketinq strategiyası nə üçün istifadə olunur❓


 Tez-tez qarşımıza çıxan , bəzi marketinq ilə əlaqəli terminlərin açıqlamasını və izahını sizlərlə bölüşürəm:

Buzz Marketing: İstehlakçıların bir-biri ilə danışıqları və ya sosial media platformalarında daha geniş müzakirələr yolu ilə yayılan , müəyyən bir kampaniyanın və ya məhsulun internet vasitəsi ilə ağızdan-ağıza yayılmasına əsaslanan viral bir marketinq üsuludur.

Buna ən gözəl nümunə olaraq , hər hansısa bir postun şərhində məhsul haqqında yazılan müsbət rəyləri göstərmək olar .

Guerrilla Marketing: Kiçik firmaların böyük firmalara öz gücünü nümayiş etdirmək üçün istifadə olunan marketinq strategiyasıdır. 

Burada tətbiq olunan strategiyalar az xərclə, innovativ və olduqca yaradıcı olaraq fərqlənir, həmçinin istehlakçılara təsir gücü digər strategiyalara nisbətən az olsa da , ''Gueerilla Marketing'' strategiyasını tətbiq edən firmalar heç kimin gözləmədiyi bir anda , fərq yaradacaq şəkildə meydana çıxırlıar .



Nümunə olaraq : Colgate Cavity Campaign: Şirkət elə bir kreativ idea verdi ki , istehlakçı şokoladlı dondurmanı yedikdən sonra , dişlərini tez-tez fırçalamağını yadına salsın.



Post a Comment

0 Comments