''Azercell'' şirkətinin tətbiq etdiyi marketinq strategiyası...


Bu postda yerli brendlərdən biri olan Azercell-in tətbiq etdiyi marketinq strategiyasından bəhs edəcəm.

Hər hansısa bir məhsulu və ya xidməti satmağın ən gözəl yollarından biri cəlbedici hədiyyə kampaniyalarının təşkil olunmasıdır.

Bu amilləri nəzərə alaraq, Azercell "Hədiyyə Çarxı" kampaniyasını təqdim etdi. Kampaniya həftəsi hər cümə günü başlayır və növbəti həftənin cümə axşamı 23:59-a qədər bitir.

"Hədiyyə Çarxı" kampaniyasının özəllikləri nələrdir ❓

- Hər həftə hədiyyə qazanmaq imkanı

- Şəbəkədaxili dəqiqələr və SMS-lər qazanmaq

- Müəyyən sosial şəbəkələr üçün 1 GB internet paketi və s.

Kampaniyanın mənfi tərəfləri isə bunlardır :

- Hədiyyə qazanmaq üçün nömrənin xətti ikitərəfli aktiv olmalıdır

- Kampaniya çərçivəsində təqdim olunan bonusların istifadə müddəti bitdikdə, qalıq bonus sıfırlanır.

- Hədiyyə balansını başqa nömrəyə köçürmək və başqa vaxta saxlamaq mümkün deyil.

Nümunə : Hədiyyə çarxını fırlatdığım zaman , 24 saat ərzində istifadə edə biləcəyim 1 GB internet paketi qazandım. 

Bu internet paketi yalnız Whatsapp şəbəkəsindən istifadəyə aiddir və maraqlısı odur ki , bu şəbəkədən mesaj göndərilməsi üçün istifadə edirik və 1 GB internet paketinə ehtiyac olmur.

Post a Comment

0 Comments