Texnologiya əjdahaları hesab olunan Apple və Samsung arasındakı əzəli rəqabət yəqin ki hər kəsə məlumdur.Bu postda isə bu 2 brend arasında baş verən atışmalı sosial media savaşları ilə tanış ola bilərsiniz.
Belə ki, Apple şirkətinin “If it’s not an iPhone it’s not an iPhone” adlı reklam kampaniyasından sonra Samsung şirkəti “It’s Not a Phone, It’s a Galaxy” adını daşıyan yeni reklam kampaniyasını təqdim etdi.
Burada, Galaxy seriyasının kamera xüsusiyyətləri ön plana çıxarıldı və həmişəki kimi Samsung kamera xüsusiyyətlərinin iPhone-dan daha üstün olduğu mesajı göndərildi.
Apple cəbhəsindən isə vizual olaraq maraqlı bir cavab gəldi:
- Ekranı 2-yə bölərək sağ tərəfdə iPhone, sol tərəfdə Samsung timsalında digər telefonları təsvir etdilər.
Vizualda ekranın sol tərəfidə görünən oğru obrazının İphone cəbhəsinə keçməsi cəhdi göstərilir, lakin bu alınmır.
Məntiqi açıqlaması isə IOS sistemini xüsusi edən güvənlik amilinin ön plana çıxarılması və Android telefonlardakı virus problemini qabartmaq idi.
Həmçinin digər nümunələrdə fotonun keyfiyyəti, rəng çalarları, app store rahatlığı, IOS sisteminin sürəti və digər özəlliklər ön plana çıxarıldı.
0 Comments