25th Frame Effect: Dilimizə 25-ci kadr effekti kimi tərcümə olunan , videolara və vizual görüntülərə əlavə kadrların qoyulması vasitəsi ilə insanın şüuraltına təsir edən bir metodikadır.
Qısaca olaraq , subliminal mesaj da adlandıra bilərik .
Bu təsiretmə metodu, əsasən, qanunsuz marketinq reklamlarında istifadə olunur, çünki aparılan araşdırmalara görə, istehlakçılar mənfi və ya qeyri-legal reklamları daha tez yadda saxlayırlar .Hazırda bu metodun təkcə video vasitəsi ilə deyil , səs yolu ilə də xüsusi modifikasiyası işlənib-hazırlanıb.
Yəni lazımi kodlar müvafiq auditoriyanın beyninə, onların özünün xəbəri olmadan, müxtəlif radiostansiyaları dinlədiyi məqamda da yeridilə bilir.
Nümunə olaraq : Məşhur " Toyota " avtomobil brendinin loqosuna diqqətlə baxdığımız zaman subliminal mesajı fərq etmiş ola bilərsiniz.
İlk baxışdan loqoya fikir verdikdə , yalnız hərflər nəzərə çarpsa da , əslində loqonun müxtəlif hissələri Toyota sözünü hecalıyır.
Logonun müəyyən hissələrini gizlədərək hərflər yaratmaq olur və yaratdığınız hərfdən marka adını yazmaq üçün istifadə edə bilərsiniz.

0 Comments